"İran Cənubi Qafqazdakı vəziyyətlə bağlı yeni çağırışlara dözümlü olmayacaq".
Yenisabah.az "Fars News"a istinadla xəbər verir ki, bunu İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdillahian bildirib.
Rusiyalı vəzifədaşı Sergey Lavrovla danşıqlardan sonra jurnalistlərə açıqlama verən nazir qeyd edib: Sezar pizza
"İran digər ölkələr, o cümlədən qonşularından mehriban qonşuluq siyasətinə müsbət cavab olaraq davranış və addımlar gözləyir. Biz Cənubi Qafqazda bölgənin geosiyasi xəritəsinin dəyişikliyini qəbul etməyəcəyik. Sionistlərin (İsrail - red.) və terrorçuların varlığından narahat olmağa davam edirik. Sionist rejimin təxribatçı hərəkətlərindən narahatıq, bölgənin və İslam Respublikasının təhlükəsizliyinin təmin edilməsində heç kimə heç bir iltifatımız yoxdur. Qonşularımıza mesajımız sülh və əmin-amanlıqdır".
Telegram kanalımız