“Aberdin“ “Qarabağ“la oyuna ciddi itki ilə çıxacaq

saytların hazırlanması

Evə çatdırılma

“Aberdin“ “Qarabağ“la oyuna ciddi itki ilə çıxacaq

İdman

23 Avqust 2021 09:56 1066


"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Aberdin" Ağdam təmsilçisi ilə cavab oyununa da itkilərlə çıxacaq.

Yenisabah.az Şotlandiya mətbuatına istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Stiven Qlass bildirib. O, 2 oyunçusunun sözügedən qarşılaşmanı buraxacağını vurğulayıb. Rayan Heces və Endryu Korsidan zədəli olduqlarına görə görüşdə iştirak edə bilməyəcəklər.

Qeyd edək ki, avqustun 26-sı keçiriləcək "Aberdin" - "Qarabağ" oyunu Bakı vaxtı ilə 22:45-də başlayacaq. Komandalar arasında ilk matç təmsilçimizin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Pepperoni pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!