“Aberdin“in futbolçusu Bakıdakı matçdan danışdı: “İndiyə qədər gördüklərimin ən pisi idi“

saytların hazırlanması

Evə çatdırılma

“Aberdin“in futbolçusu Bakıdakı matçdan danışdı: “İndiyə qədər gördüklərimin ən pisi idi“

İdman

21 Avqust 2021 13:00 1353


"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Aberdin"in futbolçusu Konnor Maklennan Ağdam təmsilçisi ilə keçirəcəkləri cavab oyunu barədə danışıb.

 22 yaşlı hücumçu Bakıdakı görüşdə məğlubiyyətlə üzləşdikləri üçün məyus olduqlarını və evdəki matçda qələbə qazanmağa çalışacaqlarını bildirib: 

"Növbəti həftə "Pittodri" stadionunda azarkeşlərin qarşısında geridönüş etmək üçün hazır olacağıq. Həmin qarşılaşmada fanatlara ehtiyacımız var. Bu, dünyanın ən pis nəticəsi deyil. Artıq rəqibin səfər qolları barədə narahat olmağımıza ehtiyac yoxdur. Sadəcə, onları məğlub etməliyik. Bu matçda hədəfimiz qələbə qazanmaqdır". pizza

Yenisabah.az xəbər verir ki, Maklennan Tofiq Bəhramov adına Respublika stadionunun mükəmməl arena olduğunu bildirib: 

"Buna baxmayaraq ot örtüyü indiyədək gördüklərimin içində ən pislərdən biri idi. Hamımız sona yaxın çox yorulduq. Şərtlər çətin idi. Havanın isti keçəciyini gözləyirdik. Lakin belə meydana alışmamışıq. Oyundan bir gün əvvəl məşq zamanı hiss etdik ki, buna öyrəşmək çətin olacaq".

Komandalar arasında Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Xatırladaq ki, cavab matçı avqustun 26-sı Şotlandiyada olacaq.

Mehri Qurban


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!