Xalq artisti Zülfiyyə Xanbabayeva sosial şəbəkə hesabında verilişlərdən birinə verdiyi müsahibədən hissələri paylaşıb.
Yenisabah.az xəbər verir ki, şou-biznesin bugünkü durumundan danışan sənətçi bayağı musiqilərin artdığını qeyd edib:
"Abırsız, həyasız adama baş qoşa bilmərəm. Onun itirəcək nəyisə yoxdur. Səhnə mənim üçün hər zaman həyəcanlı keçib. Məni sevənlərin ruhu, qəlbi üçün mahnı yazıram. Görək, zaman nə göstərəcək. Bəlkə, ən böyük günahkar özümüzük, bu gün meydan boş qalıb. Ucuzlaşıb hər şey. Yəqin ki, düzələr... Bir balaca oyanmaq, düzəltmək lazımdır. Mədəniyyət batsa, hər şey batar. Kaş mədəniyyət şuraslı bu gün də olardı”. pizza mizza
Telegram kanalımız