“Abituriyent“ jurnalının 3-cü nömrəsi nəşr edilib

saytların hazırlanması

Evə çatdırılma

“Abituriyent“ jurnalının 3-cü nömrəsi nəşr edilib

Sosial

19 İyun 2019 14:37 2833


Dövlət İmtahan Mərkəzi (DİM) "Abituriyent" jurnalının 3-cü nömrəsini nəşr edib.

DİM-dən "Yeni Sabah"a verilən məlumata görə, bu nömrədə 2019/2020-ci tədris ili üçün Azərbaycanın ümumi orta (9-illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, qəbul aparılan ixtisaslar, onların plan yerləri, elektron ərizə verən abituriyent üçün təlimat, "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin nümunəsi və digər zəruri materiallar Azərbaycan və rus dillərində təqdim olunub.

Jurnalı iyunun 24-dən etibarən DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı "Abituriyent" satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!