Abituriyentlər peşə seçimində nəyə diqqət etməlidirlər? – Psixoloq   MƏSLƏHƏTİ

saytların hazırlanması

Evə çatdırılma

Abituriyentlər peşə seçimində nəyə diqqət etməlidirlər? – Psixoloq MƏSLƏHƏTİ

Sosial

01 İyul 2020 15:14 1182


Dövlət İmtahan Mərkəzinin məlumatına əsasən, ali təhsil müəssisələrinə subbakalavrların ərizə qəbulu iyulun 10-dək davam edəcək. Hər il imtahandan sonra bir çox abituriyentin arzulamadığı yerdə olduğunun şahidi oluruq. Onlar ya istədikləri ixtisasın keçid balını toplaya bilmirlər, ya da arzuları valideynlərin arzularıyla üst-üstə düşmür. 

Təəssüflə qeyd etmək laızmdır ki, Azərbaycan gənclərinin əksəriyyəti valideynlərinin seçimini yaşayır. Maraqlısı odur ki, ölkəmizdə küçəyə çıxıb 100 valideyn arasında sorğu keçirsək, 60-70 faizi övladını ya həkim, ya hüquqşünas, ya polis, ya da diplomat görmək istəyir. Onlara övladına şans verməli olduqları deyildikdə isə “mən onun üçün ən yaxşı olanı bilirəm, onu məndən çox heç kim sevə bilməz” sözləri qarşımızda dayanır. Amma reallıq odur ki, onları valideynlərindən də çox sevən var, bu, elə onların özləridir. Bəzən valideynlər bu günün nəbzini tutmağa çalışırlar, onlar ümumi sferadan məsələni qiymətləndirmirlər, vəziyyət belə olduqda isə gələcəkdə qarşımıza iş tapmaqda çətinlik çəkən fərdlər çıxır. Maraqlıdır, ixtisas seçimi necə olmalıdır? 

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən psixoloq Vüsalə Rüstəm bildirib ki, uşaqlara peşə seçimində sərbəstlik vermək lazımdır: “Sevdiyimiz və seçdiyimiz peşə gələcəkdə bizim bir insan kimi özümüzü təsdiq etməyimiz üçün çox vacib rol oynayır. Xəyallarımız və gerçəkləşdirə biləcəyimiz arzular peşə ilə bağlı olur. Hər bir valideyn övladının potensialına bələd olmalıdır və anlamalıdır ki, uşaq onun yarımçıq arzularının icraçısı deyil. O, bir şəxsiyyətdir və özünün istəkləri var. Uşaqla qarşılıqlı dialoq quraraq onun nə istədiyini başa düşmək olar.Valideynlər övladı ilə normal, çığır-bağırsız dialoq qurmağı öyrənməlidir ki, uşağı düzgün yönləndirə bilsinlər. Əgər uşaq ali təhsil almaq istəmirsə, valideyn onu təhsil almağa məcbur etməməlidir”.  pizza sifarişi

Psixoloq qeyd edib ki, məcburi seçilən peşə insana zövq vermir. İnsan seçdiyi peşədən və gördüyü işdən utanmamalıdır: “Hansı yaşda olmasından asılı olmayaraq həmin peşə sənin sosial vəziyyətini yaxşılaşdırmırsa, sənə sıxıntı verirsə, onu buraxmağı bacarmalısan”.

Vüsalə Rüstəm hazırda tələb olunan sahələrdən də söz açıb: “İKT bacarıqlarına hazırda böyük tələb var. Texnoloji sahələr, turizm (bizim ölkədə yeni-yeni inkişaf edir), kənd təsərrüfatı hazırda diqqətin yönəldilməli olan sahələrdir. Kənd təsərrüfatının yenidən çiçəklənməsi üçün yüksək ixtisaslı kadrlara yaxın gələcədə ehtiyac olacaq. Bildirim ki, Texnologiya və İKT bacarıqları nəinki 21-ci əsrin, bundan sonrakı əsrlərin də peşəsi olacaq”. 

Psixoloq vurğulayıb ki, gənclərin gələcəkdə işsiz qalmamaları üçün valideyn və yönəldici müəllimlər əmək bazarının tələblərinə diqqət etməlidirlər: “Əgər uşaq texnologiyaya meyllidirsə, əvəzsiz maşın ustası, televizor, tozsoran ustası ola bilər. Gözəl əl qabiliyyəti varsa usta, bərbər, modelyer, dərzi peşəsini seçə bilər. Bütün bu peşələri öyrənmək üçün ölkəmizdə Azərnbaycan Dövlət Texnologiya Universiteti, Rəssamlıq Akademiyası, o cümlədən müxtəlif kolleclər və peşə məktəbləri var. Burada valideynlərin üzərinə düşən iş odur ki, onlar uşağı savadsız həkim etməkdənsə, onun məşhur rəssam olmasına mane olmasınlar. Dinləsinlər və dəstək olsunlar”. 

Sayad HƏSƏNLİ

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!