Abramoviç qeyri-qanuni əməldə şübhəli bilinir

saytların hazırlanması

Evə çatdırılma

Abramoviç qeyri-qanuni əməldə şübhəli bilinir

İdman

22 Sentyabr 2020 01:03 1864


İngiltərənin "Çelsi" klubunun sahibi Roman Abramoviç futbolçuların hüquqlarını qeyri-qanuni ələ keçirməkdə şübhəli bilinir. 

Yenisabah.az BBC-yə istinadən xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin pulların yuyulması ilə mübarizə aparan şöbəsi rusiyalı biznesmenin öz klubundakı oyunçuları Britaniya Virgin adalarında qeydiyyata alınmış ofşor şirkət vasitəsilə almasından şübhələnib. 

Araşdırma məlumatlarına əsasən, söhbət bir neçə futbolçudan gedir. Onların arasında hazırda Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunda çıxış edən Peru yığmasının cinah oyunçusu Andre Karrilyo da var. Karrilyo 2014-cü ildə Portuqaliya "Sportinq"inin heyətində "Çelsi"yə qarşı Çempionlar Liqası matçında meydana çıxıb.  Dominos pizza

2016-cı ildə ofşor şirkətin adalarda qeyri-adi fəallığı qeydə alınıb. Qısa müddətdə orada 1 milyard ABŞ dollarını aşan maliyyə əməliyyatları edilib. 

Qeyd edək ki, Roman Abramoviç "Çelsi"yə 2003-cü ilin yayında yiyələnib.  /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!