Abramoviçin fırıdaqları klubu çətin vəziyyətdə qoydu

saytların hazırlanması

Evə çatdırılma

Abramoviçin fırıdaqları klubu çətin vəziyyətdə qoydu

İdman

15 Noyabr 2023 17:42 821


İngiltərə Premyer Liqasına pis başlayan “Chelsea” Roman Abramoviç dövrü ilə bağlı araşdırma ilə üzləşib.

Yenisabah.az “The Guardian”a istinadla xəbər verir ki, Abramoviçin dövründə bəzi ödənişlərdə Maliyyə “Fair Play” qaydalarını pozması klubu cəza ilə üzləşdirə bilər. Cəzaların xalların çıxılmasına qədər gedə biləcəyi gözlənilir.

İddialara görə, maliyyə fırıldaqları Azar, Villian və Samuel Eto’o-nun transfer sövdələşmələrinə aiddir. Dominos pizza

Abramoviçin fəaliyyəti ilə bağlı “natamam maliyyə məlumatları” aşkar edildikdən sonra fayllar “Chelsea”nin yeni sahibləri tərəfindən könüllü olaraq təhvil verilib və bu, UEFA tərəfindən 11 milyon dollar cərimə ilə nəticələnib.

“Chelsea”nin bu prosesdə FFP qaydalarını pozduğu müəyyən olunarsa, Premyer Liqa rəhbərliyi London komandasına cəza tətbiq edə bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!