“Azərbaycanın Ermənistanı “Artsax”la birləşdirən dəhlizə, əslində, yola nəzarəti ələ keçirmək cəhdləri kifayət qədər çətin vəziyyət yaradıb”.
Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin müxalif “Patev unem” fraksiyasının deputatı Tiqran Abramyan sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, bu mövzuda Qarabağdakı qondarma rejimdən, Rusiya sülhməramlılarından və Azərbaycandan gələn impulslar ziddiyyətlidir. Marqarita pizza
“Çox aydın olan yeganə şey odur ki, Azərbaycan Ermənistandan “Artsax”a və əksinə, yükdaşımaların həyata keçirilməsinə ən azından nəzarət funksiyası əldə etmək üçün hər şeyi edir.
Bunun Rusiya tərəfi ilə birgə, yoxsa başqa formatda həyata keçirilməsi önəmli deyil. Bu addım Ermənistan və “Artsax”ın təhlükəsizlik sisteminə böyük zərbə olacaq və Azərbaycanın “Artsax”ı mənimsəməsi prosesində böyük addım olacaq.
Əgər buna Azərbaycanın monitorinqlə bağlı ekoloji və hesablanmış siyasi addımını da əlavə etsək, faktiki olaraq artıq “Artsax”ın yeraltı sərvətlərinə nəzarət mexanizminin tətbiqi ilə bağlı mənzərə tam üzə çıxır.
Azərbaycan Ermənistan hökumətinin gizli razılığı ilə “Artsax”a təzyiqləri artırır və bizim üçün arzuolunmaz prosesləri sürətləndirir”, – Abramyan yazıb.
Telegram kanalımız