ABŞ 1000 hərbiçisini Suriyanın şimalından çıxarır

saytların hazırlanması

Evə çatdırılma

ABŞ 1000 hərbiçisini Suriyanın şimalından çıxarır

Dünya

13 Oktyabr 2019 17:57 950


ABŞ Türkiyənin antiterror əməliyyatı ilə əlaqədar özünün Suriyanın şimalındakı 1000 hərbi qulluqçusunun çıxarılmasına başlayır.

"Yeni Sabah" xəbər verir ki, bu barədə CBS telekanalına müsahibəsində ABŞ-ın müdafiə naziri Mark Esper bildirib.

Onun sözlərinə görə, ABŞ son günlər ərzində bilib ki, Türkiyə əvvəlcə planlaşdırıldığı ilə müqayisədə Suriyadakı əməliyyatın miqyasını həm cənuba, həm də qərbə doğru genişləndirmək niyyətindədir. pizza hut

Mark Esper qeyd edib ki, bununla əlaqədar Suriyadakı Amerika qüvvələri "iki ordunun arasında sıxılmış" qalıb.

"Bu səbəbdən mən dünən gecə prezidentlə danışdım və o göstərişi verdi ki, biz əvvəlcədən Suriyanın şimalından qoşunların çıxarılmasına başlayaq", - deyə Pentaqon rəhbəri bildirib.

Mark Esperin sözlərinə görə, söhbət regionda qalan təxminən 1000 ABŞ hərbi qulluqçusundan gedir. /report.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!