ABŞ Ticarət Nazirliyi Çin, Rusiya, İran və digər bir sıra ölkələrdən 34 şirkəti sanksiya siyahısına daxil edib.
Yenisabah.az xəbər verir ki, siyahıda Rusiyadan “Teson” MMC, “Radiant” Şirkətlər Qrupu və “Ticarət Komponenti” MMC-nin elektron tədarükçüləri ilə yanaşı ilk şirkətin baş direktoru Dmitri Kravçenko və həmtəsisçiləri Marqarita Kuznetsova və Andrey Kuznetsov da var. Buna səbəb olaraq onların hərbi məqsədlər üçün Amerikan elektron komponentlər alması olub.
Çin Xalq Respublikasından olan 14 şirkət isə ölkədəki uyğurların təqib olunmasında iştirak etdiklərinə görə ABŞ-ın sanksiyaları sırasında yer alıb. Sezar pizza
Telegram kanalımız