Meksikanın Qvadalaxara şəhərindən Los-Ancelesə uçan sərnişin təyyarəsinin mühərriki havada yanıb. Mühərrikin alovlanmasından sonra təyyarə Qvadalaxara hava limanına məcburi eniş edib.
Yenisabah.az xəbər verir ki, Qvadalaxara Hava Limanı Administrasiyasından verilən açıqlamada, təyyarənin problemsiz olaraq hava limanına endiyi, yanğınsöndürənlərin və təcili yardım qruplarının hər ehtimala qarşı hazır vəziyyətdə saxlandığı bildirilib.
Təcili eniş səbəbindən hava limanında 8 reys gecikib. Dominos pizza
Viva Aerobus şirkətindən verilən açıqlamada, təyyarənin mühərrikində yaranan metal sürtünməsi nəticəsində qığılcımların çıxdığı və hər şeyin nəzarət altında olduğu bildirilib.
Telegram kanalımız