ABŞ atəşkəs təklifi verdi -   Müctəba Xamenei rədd etdi

saytların hazırlanması

Evə çatdırılma

ABŞ atəşkəs təklifi verdi - Müctəba Xamenei rədd etdi

Dünya

17 Mart 2026 14:50 433


İranın yeni Ali Rəhbəri Ayətullah Müctəba Xamenei ABŞ-nin atəşkəs təkliflərini rədd edib.

“Yeni Sabah” Reuters-ə istinadən xəbər verir ki, rəsmi Tehran iki vasitəçi vasitəsilə Vaşinqtondan atəşkəs təklifi alıb, lakin Xamenei bunu rədd edib.

Adını açıqlamayan rəsmi şəxsin sözlərinə görə, Ali Rəhbərin ilk xarici siyasət görüşündə ABŞ və İsraildən qisas almaq mövqeyi çox sərt və ciddi olub. pizza hut

O, bütün zərbələrə baxmayaraq ABŞ-ni bataqlığa salmağı əmr edib.

Mənbə Müctəba Xameneinin görüşdə şəxsən iştirak edib-etmədiyini dəqiqləşdirməyib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bir gün əvvəl İranla müharibənin tezliklə başa çatacağını bəyan etmişdi.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı birgə müharibəyə başlayıblar. 

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!