ABŞ Şərq-Qərb marşrutu üzrə ticarəti gücləndirmək üçün Azərbaycanla əməkdaşlıq etməyi planlaşdırır.
Yenisabah.az xəbər verir ki, Dövlət Departamenti Azərbaycan Qərb bazarlarını Mərkəzi Asiya ölkələri ilə əlaqələndirərək bu ölkələrin qlobal bazarlara çıxışını təmin edəcək potensiala sahib olan şərq-qərb ticarət yolunun mühüm hissəsi olduğunu bildirib.
Dövlət Departamentindən bildirilib ki, ABŞ Azərbaycanla prioritet sahələr olan təhlükəsizlik, demokratiya və insan haqları, iqtisadiyyatın inkişafı üçün əməkdaşlığı davam etdirəcək: pizza sifarişi
“Azərbaycan bu illər ərzində Avropada və regionda enerji təchizatının differensiallaşmasında və təhlükəsizliyində mühüm rol oynayır. ABŞ və Azərbaycan dekarbonizasiya səylərini davam etdirdiyinə görə, bərpa olunan enerji və təmiz enerji üzrə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi əməkdaşlıq üçün əlavə imkandır”.
Telegram kanalımız