ABŞ Bayramov və Mirzoyanı görüşdürməyə çalışır

saytların hazırlanması

Evə çatdırılma

ABŞ Bayramov və Mirzoyanı görüşdürməyə çalışır

Siyasət

17 Sentyabr 2024 11:02 411


Biz həmişə Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında görüş keçirmək üçün imkanlar axtarırıq.

Yenisabah.az xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat katibi Metyu Miller ABŞ-ın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına kömək etməyə hazır olduğunu təsdiqləyərək deyib.

O bildirib: “Əlbəttə, həmişə Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında görüş keçirmək üçün imkanlar axtarırıq. Hər iki ölkənin davamlı və ləyaqətli sülh sazişinin əldə edilməsi istiqamətində səylərini dəstəkləməyə davam edirik”. pizza

Millerin sözlərinə görə, İrəvan və Bakı sülh sazişinin bağlanması istiqamətində mühüm irəliləyiş əldə ediblər və Vaşinqton onları istənilən yolla dəstəkləməkdə, o cümlədən faydalı olarsa, görüşü çağırmaqda qərarlıdır.

Eyni zamanda, dövlət katibi Blinkenin Nyu-Yorkda belə bir görüşü təşkil edib-etməməsi ilə bağlı birbaşa suala Miller konkret açıqlama verməkdən yayınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!