ABŞ-la Ümumdünya Səhiyyə Təşkilatı arasında münasibətlər gərginləşir.
Yenisabah.az xatırladır ki, bir neçə gün əvvəl ABŞ prezidenti Donald Tramp ölkəsinin Ümumdünya Səhiyyə Təşkilatına maliyyə yardımlarını dayandırdığını bəyan edib. O, ÜST-ün rəhbərliyini koronavirus pandemiyası ilə bağlı vaxtında xəbərdarlıq etməməkdə suşlayıb.
Həmçinin ABŞ Senatının daxili təhlükəsizlik və hökumət məsələləri üzrə Komitəsi koronavirusun meydana gəlmə və yayılma şəraiti, burada Çinin və ÜST-ün oynadığı rolu araşdırmağa başlayıb.
Belə görünür ki, ən azı istintaq başa çatana qədər ABŞ ÜST ilə əlaəqlərini donduracaq. Marqarita pizza
Məlumat üçün deyək ki, ÜST Birləşmiş Millətlər Təşkilatının nəzdində (ÜST) ixtisaslaşmış qurumlardan biridir. Bundan əvvəl ABŞ BMT-yə daxil olan UNESCO-dan çıxdığını bəyan etmişdi.
Siyasi analitiklərin fikrincə, ABŞ-ın bu addımı onun BMT-dəki nüfuzuna zərbə vura bilər. Doğrudur, Tramp admnistrasiyasının ÜST-lə bağlı qərarını hakimiyyət maraqları ilə də izah edənlər var. Çünki Donald Tramp AB.-ın Prezidenti seçiləndən bu yana tənqid hədəfindədir. Koronavirus infeksiyasına yoluxma halının ABŞ-da daha kütləvi xarakter alması da hökumətin vaxtında tədbir görməməsilə əlaqələndirilir və iddia edilir ki, Tramp ÜST-ü ittiham etməklə vəziyyətdən çıxmağa çalışır. Lakin istənilən halda bu addım BMT-yə üzv olan digər güclərin qurumda önə çıxmasına səbəb ola bilər. Hər halda ÜST dünya birliyi üçün vacib qurum hesab edilir. İnsanların sağlamlığına cavabdeh olan bu quruma maliyyənin dayandırılması ABŞ-a başıucalığı gətirməz. Vaşinqtonun rəqiblərinin isə bundan yararlanacağı və anti-ABŞ kampaniyasına start verəcəyi gözləniləndir.
Telegram kanalımız