ABŞ bu nazirləri “qara siyahı”ya saldı - Hesabları dondurulacaq

saytların hazırlanması

Evə çatdırılma

ABŞ bu nazirləri “qara siyahı”ya saldı - Hesabları dondurulacaq

Dünya

15 Oktyabr 2019 08:27 1034


ABŞ hökuməti türkiyəli nazirlərə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib.

"Yeni Sabah" "NTV"yə istinadən bildirir ki, Türkiyənin Müdafiə naziri Hulusi Akar, Daxili İşlər naziri Süleyman Soylu və energetika naziri Fateh Dönməz sanksiyalar siyahısına daxil edilib. 

Bu nazirlik və nazirlərin ABŞ-dakı bank hesabları dondurulacaq, eləcə də Amerika vətəndaşlarına bu qurum və şəxslərlə əməkdaşlıq etmək qadağan ediləcək. Marqarita pizza

ABŞ Maliyyə Nazirliyi xəbərdarlıq edib ki, siyahıdakı şəxslər ilə müəyyən əməliyyatlar aparan insanlara da sanksiya tətbiq oluna bilər.

Qeyd edək ki, bu sanksiya Vaşinqtonun Ankaranın Suriyanın şimal-şərqindəki kürdlərə qarşı hərbi əməliyyatına cavab kimi qiymətləndirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!