ABŞ bu olaydan danışır: Qadın ayını hasardan itələyib yerə saldı

saytların hazırlanması

Evə çatdırılma

ABŞ bu olaydan danışır: Qadın ayını hasardan itələyib yerə saldı

Dünya

02 İyun 2021 13:07 935


ABŞ-ın Kaliforniya ştatında maraqlı hadisə yaşanıb. Bir qadın evinin həyətindəki divara dırmaşan ana ayını əli ilə itələyərək bağın digər tərəfinə atıb.

Yenisabah.az xəbər verir ki, San Gabriel Vadisində yerləşən “Bradbury”dəki bir evin həyətinə ana ayı ilə birgə balaları da gəlib. Onları görən evdəki dörd it birbaşa ayılara tərəf qaçaraq hürməyə başlayıb. Ana ayı balalarını qorumaq üçün pəncəsi ilə itlərdən birinə hücum edib. Həmin vaxt hadisə yerinə gələn ev sahibi Hayli Moriniko isə ayının köpəklərə hücum etdiyini düşünərək ana ayını əlləri ilə divarın üstündən itələyib.

Sosial şəbəkələrdə yayılan görüntüdən sonra səlahiyyətli şəxslər açıqlama verərək ana ayı və balalarının qida axtararaq evin bağçasına gəldiyini bildirib, həmçinin vətəndaşlara ayılardan uzaq durmaqla bağlı xəbərdarlıq edilib. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!