ABŞ bu ölkələrə müharibə elan etdi –   Trampdan ŞOK SÖZLƏR

saytların hazırlanması

Evə çatdırılma

ABŞ bu ölkələrə müharibə elan etdi – Trampdan ŞOK SÖZLƏR

Dünya

22 Yanvar 2025 10:50 387


ABŞ Prezidenti Donald Tramp fevralın 1-dən etibarən Kanada və Meksikadan idxala 25 faiz gömrük rüsumu tətbiq edə biləcəyini açıqlayıb.

Yenisabah.az xəbər verir ki, Tramp eyni zamanda Çindən idxal edilən məhsullara 60 faiz və daha yüksək tariflər tətbiq etməyi də planlaşdırır.

Andiçmə mərasimindən bir neçə saat sonra o, ABŞ-ın əsas ticarət tərəfdaşlarına qarşı yeni vergi tətbiqi təhdidlərini yeniləyib. ABŞ lideri tarifləri xarici siyasət aləti kimi fəal şəkildə istifadə edəcəyinə söz verib. Pepperoni pizza

Prezident Kanada və Meksikanı ABŞ-a qeyri-qanuni immiqrasiya və narkotik idxalına mane olmamaqda ittiham edərək bildirib:

“Biz Kanada və Meksikaya 25 faizlik tarif tətbiq etməyi nəzərdən keçiririk, çünki onlar çoxlu insanın qanunsuz olaraq ölkəyə gəlməsinə və fentanil idxalına icazə verirlər.”

Tramp əlavə edib ki, yeni tariflər fevralın 1-dən qüvvəyə minə bilər.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!