“ABŞ bütün istiqamətlərdə Çinə qarşı hücuma keçib”   - Politoloq

saytların hazırlanması

Evə çatdırılma

“ABŞ bütün istiqamətlərdə Çinə qarşı hücuma keçib” - Politoloq

Dünya

18 İyun 2020 14:21 918


“Çinin dünya siyasəti və iqtisadiyyatında təsirinin artması, yeni geosiyasi layihələri reallaşdırması ABŞ narahat edən əsas faktordur. İlk növbədə Çini zəiflətmək və onun bu siyasətinin qarşısını almaq üçün Vaşinqton çox ciddi planlar hazırlayır. ABŞ prezidenti D.Trampın Çinlə ticarət müharibəsi, ABŞ-ın öz şirkətlərini və digər ölkələrin şirkətlərini də Çindən çıxarması, G7 konfransında Çinə qarşı koalisiyanın formalaşdırlamasının planlanması Çinin izolyasiyasına hesablanıb”. 

Yenisabah.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, ABŞ-ın hazırda əsas strategiyasının təməli Çini zəiflətməkdir: “Şərqi Türküstanda insan hüquqlarının kobud surətdə pozulmasına, Vaşinqtonun Pekinə sanksiyalar tətbiq etməsinə görə artıq narazılıq ortaya qalxıb. Çin ABŞ-ı daxili işlərinə qarışmaqda iddiham edir. ABŞ bütün istiqamətlərdə Çinə qarşı hücuma keçib. Qeyd edim ki, Hindistan Çin sərhəddində silahlı toqquşma məhz proseslərin tərkib hissəsidir. Çin məhz Hindistanın kim tərəfindən ortaya atıldığını bildiyinə görə, dərin münaqişəyə getmir. Problemin danışıqlar yolu ilə həllində maraqlıdır. Hazırkı vəziyyətdə Çin müharibədə maraqlı deyil. Amma Hindistan irəliyə gedərsə, bu ölkəyə sarsıdıcı zərbələr vura bilər”.

Politoloq qeyd edib ki, Çin öz qlobal siyasətindən geri çəkilməsə, ABŞ bu ölkə üçün hazırladığı ssenariləri işə salacaq: “Yeni dünya nizamında ABŞ Çinə yer vermək istəmir. Çinin zəifləməsilə "Bir qurşaq, Bir yol" layihəsi, Azərbaycandan keçən "Dəmir İpək yolu" layihələri artıq işləməyə bilər. Çünki Çindən dəmir yolu vasitəsi ilə gələn yüklər Azərbaycan üzərindən keçməklə Avropaya daşınır. Göründüyü kimi ABŞ-Çin siyasi-iqtisadi toqquşması Azərbaycana da təsirsiz ötüşmür. Çinin geri çəkilməsi gözlənilmir. Amma mövqeləri kifayət qədər zəifləyəcək. ABŞ -da prezident seçkilərində Tramp yenidən seçilərsə, Çin üçün arzuolunmayan ssenarilər işə düşəcək”.  pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!