ABŞ cavab almalıdır - Pezeşkian

saytların hazırlanması

Evə çatdırılma

ABŞ cavab almalıdır - Pezeşkian

Siyasət

22 İyun 2025 21:53 1544


ABŞ İranın nüvə obyektlərinə endirilən zərbələrə cavab almalıdır.

“Yeni Sabah” xəbər verir ki. bunu İran Prezidenti Məsud Pezeşkianın Fransa lideri Emmanuel Makronla söhbəti zamanı bəyan edib.

“ABŞ bizə hücum edib. Bənzər vəziyyətdə olsaydınız nə edərdiniz? Təbii ki, onlar cavab almalıdırlar”, - Pezeşkian fransalı həmkarının təmkinlilik çağırışını şərh edərkən deyib. pizza

İyunun 22-nə keçən gecə Amerika lideri Donald Tramp ABŞ Hərbi Hava Qüvvələrinin İranın üç nüvə obyektinə hücum etdiyini açıqlayıb. Əsas hədəf uranın zənginləşdirilməsi zavodu olan Fordo idi. Onun sentrifuqa zalı yüz metrlik qayalıq və dəmir-beton təbəqə ilə örtülüb ki, bu da onu faktiki olaraq bombardmanlara qarşı toxunulmaz edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!