ABŞ-Çin danışıqları bitkoini bahalaşdırdı

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-Çin danışıqları bitkoini bahalaşdırdı

Dünya

07 May 2025 20:07 389


Dünyanın ən böyük kriptovalyutası bu gün Sinqapurda 3,2 faiz artaraq 97 500 dollara çatıb.

Axar.az “Blumberq”ə istinadən xəbər verir ki, ikinci yerdə qərarlaşan “Ethereum” kriptovalyutası 4,2 faiz bahalaşıb. Müsbət dinamikaya ABŞ və Çin arasında ticarət məsələləri üzrə danışıqların aparılması ilə bağlı xəbərlər səbəb olub.

ABŞ maliyyə naziri Skott Bessent və ticarət nümayəndəsi Ceymisson Qrir bu həftə İsveçrədə Çin hökuməti ilə görüş keçirəcəklər. Bu barədə xəbər investorlara ümid verib ki, dünyanın iki ən böyük iqtisadiyyatı razılığa gələ və ticarət gərginliyini azalda biləcək. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!