ABŞ səlahiyyətliləri meşələrin qırılması ilə mübarizə üçün qarşıdakı 10 il ərzində 1 milyarddan çox ağac əkəcək.
Yenisabah.az xəbər verir ki, bu barədə iyulun 26-da ABŞ Kənd Təsərrüfatı Departamentinin mətbuat xidməti Twitter-də məlumat yayıb.
"ABŞ Kənd Təsərrüfatı Departamenti milli parklarda meşələrin qırılması problemi ilə məşğul olacaq və növbəti onillikdə 1 milyarddan çox ağac əkəcək", - hesabatda deyilir. pizza hut
Departament bildirir ki, son illərin meşə yanğınları "son dərəcə şiddətli" olub və meşələri "təbii bərpa imkanlarından məhrum edib".
4,1 milyon akr (1,7 milyon hektar) meşələrin qırılması təhlükəsi altındadır. ABŞ Kənd Təsərrüfatı Departamentinin rəhbəri Tom Vilsak “meşələrin iqlim dəyişikliyinə qarşı güclü silah olduğunu” vurğulayıb.
Onun sözlərinə görə, çoxlu sayda ağacların əkilməsi meşə yanğınlarının, quraqlıqların və xəstəliklərin yayılmasının mənfi təsirini azaltmağa imkan verəcək.
Qeyd edək ki, yüksək temperatur və quraqlıq fonunda yanğın ABŞ-ın müxtəlif yerlərində geniş əraziləri əhatə edərək, sakinləri evlərini tərk etməyə məcbur edir və meşə kütlələrinə ziyan vurur.
Telegram kanalımız