ABŞ-ın Baltimor şəhərində (Merilend ştatı) “Johnson & Johnson” şirkətinin zavodunun əməkdaşları bir neçə həftə əvvəl yeni növ koronavirusa qarşı peyvəndin inqrediyentlərini qarışdırarkən səhvə yol veriblər. Bu da preparatın 15 milyon dozasnın xarab olmasına gətirib çıxarıb.
Yenisabah.az-ın məlumata görə, insidentə səbəb insan faktoru olub. Baş verənlərlə əlaqədar olaraq, ABŞ-ın Ərzaq və Dərman Administrasiyası (FDA) zavodda yoxlamalar aparır.
Bununla yanaşı, qeyd olunur ki, şirkətin ABŞ-ın tibb müəssisələrinə artıq daxil olmuş peyvəndinin bütün partiyaları təhlükəsizdir. Onlar “Johnson & Johnson”un Niderlanddakı zavodunda istehsal edilib. Toyuqlu pizza
Telegram kanalımız