ABŞ-da 70 ildən sonra ilk dəfə qadın edam ediləcək

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-da 70 ildən sonra ilk dəfə qadın edam ediləcək

Dünya

02 Yanvar 2021 19:40 907


ABŞ Federal Apelyasiya Məhkəməsi aşağı instansiya hakimin qadının edam hökmünün federal icrasını təxirə salınması ilə bağlı qəbul etdiyi qərarı ləğv edib.

Yenisabah.az xəbər verir ki, bu barədə “NBC News”a məlumat yayıb.

Məhkum Liza Montqomeri 2004-cü ildə hamilə qadını xüsusilə amansızlıqla qətlə yetirməkdə təqsirli bilinir. Edam hökmü 8 dekabrda, İndiana ştatında ölümcül inyeksiya ilə həyata keçirilməli idi. pizza hut

Mühakimin vəkillərinin koronavirus infeksiyasına tutulması və onların cəzanın yüngülləşdirilməsi üçün vəsatət hazırlamaq üçün əlavə vaxt istəmələri hökmün həyata keçirilməsini gecikdirdi.

Nəticədə hakim edamı 12 yanvar tarixinə qədər təxirə salıb. Lakin indi bu qərar ləğv edildiyi üçün edamın icrası daha əvvəl reallaşdırıla bilər. (Report)

Xatırladaq ki, ABŞ-da analoji hadisə sonuncu dəfə 1951-ci ildə qeydə alınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!