ABŞ-da respublikaçı senator Lindsay Graham 15-ci həftədən sonra bütün ölkədə abortu qadağan edən qanun layihəsi təqdim edib. Ağ Ev məsələyə çox sərt reaksiya verdi.
Yenisabah.az xəbər verir ki, Graham Konqresdə keçirdiyi mətbuat konfransında, ölkə daxilində abortu qadağan edən qanun layihəsi təqdim etdiklərini vurğulayaraq, "Biz bu qanun layihəsini Amerikanı dünyanın qalan hissəsi ilə bir səviyyəyə gətirmək üçün təqdim edirik" ifadəsini işlədib.
Təklif olunan qanun layihəsinə görə, hamiləliyin 15-ci həftəsindən abort qadağan olunacaq, qohumluq və ya zorlama nəticəsində yaranan hamiləliklər və ya ananın həyatı üçün təhlükə yaradan hamiləliklər istisnalar sayılacaq. pizza sifarişi
Qanun layihəsinin qanuna çevrilməsi üçün əvvəlcə Senat, sonra Nümayəndələr Palatası, nəhayət, ABŞ prezidenti Co Bayden tərəfindən təsdiqlənməlidir.
Telegram kanalımız