ABŞ-ın Alabama əyalətinin Kreola bölgəsində qeyri-adi hadisə yaşanıb.
Yenisabah.az xəbər verir ki, Frank Rivz adlı şəxs arvadının evlərində gizli yaşayan sevgilisi tərəfindən silahla vurulub.
O ilk əvvəl evə birinin girməsindən şübhələnib və bunu həyat yoldaşı Treysi Rivzlə bölüşüb. Daha sonra əlində silah otaqları gəzməyə başlayıb. Bu zaman Treysinin gizli sevgilisi Maykl Amaker ilə qarşılaşıb və Mayklı ayağından vurub. Maykl silahından çıxan güllə isə Frankın sinəsinə tuş gəlib. Hər iki yaralı dərhal xəstəxanaya yerləşdirilib. pizza hut
Məsələ ilə bağlı açıqlama verən polis əməkdaşı, hadisə zamanı Treysinin sərxoş, Amakerin isə narkotik vasitələrin təsiri altında olduğunu bildirib. Həmçinin polis hadisənin planlaşdırılmış bir cinayət cəhdi olmasından da şübhələnir.
Telegram kanalımız