ABŞ-da ammonyak sızması nəticəsində 45 nəfər zəhərləndi

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-da ammonyak sızması nəticəsində 45 nəfər zəhərləndi

Dünya

14 Noyabr 2025 23:41 715


ABŞ-ın Oklahoma ştatında bir otelin qarşısında dayanan yük avtomobilindən ammonyak sızması qeydə alınıb.

"Yeni Sabah" xəbər verir ki, ştat rəsmilərinin sözlərinə görə, yük avtomobilinin sürücüsü sızmanı hiss etdikdən sonra tədbir görülüb və sızmadan zəhərlənən 45 nəfər xəstəxanaya yerləşdirilib.

Məlumata görə, qaz sızması səbəbilə 500-600 nəfər təxliyə edilib. Sakinlərə bir neçə saat evdə qalmaları tövsiyə edilib. Dominos pizza

Sızmaya müdaxilə edən beş işçinin tənəffüs yollarında kimyəvi yanıqlar əmələ gəldiyini qeyd ediblər. Hadisənin texniki nasazlıqdan qaynaqlandığı ehtimal olunur./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!