ABŞ-da atışma: Biri hamilə qadın olmaqla beş nəfər qətlə yetirildi

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-da atışma: Biri hamilə qadın olmaqla beş nəfər qətlə yetirildi

Kriminal

25 Yanvar 2021 09:14 523


ABŞ-ın İndiana ştatının İndianapolis şəhərində naməlum şəxs atəş açaraq, beş nəfəri öldürüb.

“NBC News” xəbər verir ki, həyatını itirənlərdən biri hamilə qadın olub. Güllə yarası alan ilk qurban şəhərin şimal-şərq hissəsində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tapılıb. Daha sonra yaxınlıqda yerləşən evdə digər qurbanların cəsədləri tapılıb.

Şəhər meri Co Hoqsetin sözlərinə görə, cinayət kütləvi qətl xarakteri daşıyır. Polis rəisi Rendal Teylor bildirib ki, qurbanlar arasında əlaqənin olub-olmadığı araşdırılır. pizza

Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətkarın kimliyini müəyyənləşdirə bilməyib. Onların bir neçə nəfər ola biləcəyi istisna edilmir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!