Bakı Ağır Cinayətlər Məhkəməsində Heydər Əliyev adına Beynəlxalq Aeroportda INTERPOL tərəfindən saxlanılan Pakistan vətəndaşı Aslam Farruqun məhkəmə prosesi keçirilib.
“Yeni Sabah” xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsin saxlanılan zaman üzərində daşıdığı əşyalar müəyyən edilib və bildirilib ki, onun həbs zamanı üzərində İphone, kompyuter, 4 ədəd bank kartı, 2500 Pakistan pulu kimi əşyalar olub.
Məhkəmənin növbəti iclası oktyabrın 31-nə təyin olunub. Toyuqlu pizza
Xatırladaq ki, 1984-cü il təvəllüdlü Aslam Farruq bu ilin martında Heydər Əliyev adına Beynəlxalq aeroportda INTERPOL tərəfindən saxlanılıb.
Onun saxlanılmasına səbəb 2011-ci ildə ABŞ-da törətdiyi cinayət olub. Aslam Fərruq 2012-ci ildən ABŞ tərəfindən beynəlxalq axtarışda olub. Onun ABŞ tərəfindən ekstradisiyası tələb olunur.
Nəzrin
Telegram kanalımız