ABŞ-da daha bir afroamerikalı polis tərəfindən güllələndi

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-da daha bir afroamerikalı polis tərəfindən güllələndi

Dünya

03 Sentyabr 2020 11:19 668


ABŞ-ın paytaxtında daha bir afroamerikalı polis tərəfindən öldürülüb.

Yenisabah.az xəbər verir ki, bu barədə WJLA telekanalı məlumat verib.

Bildirilib ki, polis küçədə park edilmiş avtomobillərdən birində silahlı şəxslərin olduğu barədə xəbərlərdən sonra hadisə yerinə gəlib. Asayiş keşikçiləri maşına yaxınlaşdıqda, avtomobildə olanların bəziləri qaçmağa başlayıblar. pizza mizza

Polislərdən biri tabel silahından atəş açıb. Nəticədə onlardan biri yaralanıb. Həmin şəxs xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!