ABŞ-da əhaliyə xəbərdarlıq: Duş qəbul edərkən ağzınızı bağlayın!

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-da əhaliyə xəbərdarlıq: Duş qəbul edərkən ağzınızı bağlayın!

Maraqlı

02 Sentyabr 2022 11:28 874


ABŞ-ın Missisipi ştatında su böhranı davam edərkən, səlahiyyətlilərin əhaliyə "heç bir mikrob almamaq üçün duş qəbul edərkən ağızlarını bağlamaq" barədə xəbərdarlıq etdiyi bildirilir.

Yenisabah.az xəbər verir ki, CNN-in bölgədən topladığı məlumata görə, Missisipinin paytaxtı Ceksonda su təmizləyici qurğulardakı nasazlıq nəticəsində bir çox bölgəyə suyun verilə bilmədiyi qeyd olunub.

Fasilə olmayan yerdə kranlardan axan su qəhvəyi rəngə çevrilir, camaat suyu qaynadıb istifadə edirdi. pizza hut

Missisipi Səhiyyə İdarəsinin direktoru Cim Kreyq yerli sakinlərə "vanna qəbul etmək təhlükəsizdir, lakin duşda ağzınızı açmadığınızdan əmin olun" deyib. O, həmçinin vurğulayıb ki, "ev heyvanları krandan su içməməlidir".

Missisipi qubernatoru Tate Reeves, Ceksondakı su obyektlərində suyun pH dəyərini ölçən mexanizmdəki nasazlığı aradan qaldıracağını bildirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!