ABŞ-da ermənilər azərbaycanlılara hücum etdi, yaralılar var - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-da ermənilər azərbaycanlılara hücum etdi, yaralılar var - Fotolar

Kriminal

22 İyul 2020 07:41 1989


ABŞ-da erməni yalanlarına qarşı etiraz aksiyaları davam edir.

Bu gün Azərbaycanın Los-Anceles şəhərindəki Baş Konsulluğunun binasının önündə həmvətənlərimiz ermənilərlə üz-üzə gəliblər.

Yarım milyon erməninin yaşadığı və baş nazir Nikol Paşinyanın “erməni diasporu”nun paytaxtı adlandırdığı Los-Ancelesdə Qarabağ həqiqətlərinin obyektiv şəkildə təqdim olunması yerli erməni lobbisini narahat edib. Həmvətənlərimiz Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun binasının önündə aksiya təşkil etməyi planlaşdıran ABŞ-dakı əsas erməni lobbi təşkilatı Amerika Erməni Milli Komitəsinin (ANCA) üzvlərinin önünə canlı sipər çəkiblər. Marqarita pizza

Aksiya iştirakçıları Ermənistanın işğalçı ölkə olduğunu əks etdirən tarixi faktlar, habelə ermənilərin Azərbaycanın sərhəd rayonu olan Tovuzda təxribat zamanı şəhid olmuş hərbçilərin fotoşəkillərindən ibarət plakatlarlarla “Terrorçu Ermənistan”, “İşğalçılığı dayandır”, “Uşaq qatilləri”, “Ar olsun Ermənistana!” şüarları səsləndiriblər. Aksiya zamanı ermənilər təxribata əl atıblar. ABŞ poilisi yüzlərlə erməninin toplaşdığı ərazidə təhlükəsizliyi təmin etməyə çalışsa da, aksiya insitentsiz ötüşməyib. Ermənilər həmvətənlərimizə hüçum çəkiblər. Qarşıdurma zamanı azərbaycanlılar arasında bir neçə nəfər yaralanıb. /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!