ABŞ-da etirazçılar polis binasını yandırdılar

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-da etirazçılar polis binasını yandırdılar

Dünya

10 Avqust 2020 17:42 929


ABŞ-ın Oreqon ştatının Portland şəhərində etirazçılar polis birliyi binasına yürüş edərək onu yandırıblar.

Yenisabah.az xəbər verir ki, “Telegram” kanalında yayımlanan bir videoda polisin izlədiyi nümayişçilər kolonu lentə alınıb.

Yürüş iştirakçıları polis birliyinin binasına girərək güclü yanğın törədiblər. Marqarita pizza

Hüquq-mühafizə orqanlarının əməkdaşları kütləni dağıtmaq üçün əl qumbaraları və tüstü bombalarından istifadə ediblər. Polis üç məmurun camaatı geri çəkmək istəyərkən yaralandığını deyib.

Qeyd edək ki, ABŞ-da afroamerikalı Corc Floydun polis zorakılığı nəticəsində ölümündün sonra polisə qarşı etirazlar səngimir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!