ABŞ-da gərginlik artır: Tramp tərəfdarları səslərin sayıldığı mərkəzə basqın ediblər

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-da gərginlik artır: Tramp tərəfdarları səslərin sayıldığı mərkəzə basqın ediblər

Dünya

06 Noyabr 2020 00:24 1048


ABŞ-da yekun nəticələrin elan edilməsinə az bir zaman qaldığı vaxtda hər iki tərəfdar arasında davam edən gərginlik artır. Donald Trampın tərəfdarları Cozef Baydenin irəlidə olduğu Detroitdə səs sayma mərkəzinə basqın ediblər.

Onlar poçtla verilən səslərin sayılmasını dayandırmağa çalışıblar.

Son məlumatlara görə, Pensilvaniya, Nevada, Arizona, Şimali Karolina və Corciya ştatlarında səs qutusundan kimin adının çıxdığı bəlli deyil. Marqarita pizza

Bildirilir ki, Arizonada Tramp tərəfdarları siyahıyaalma mərkəzi və bələdiyyə binaları qarşısında toplaşaraq saymanın dayandırılmasına çağırıblar. Etirazçıların bəzilərində silah olması diqqət çəkib.

Nümayişlər Ağ Evin yaxınlığında olarkən, Nyu-Yorkdakı Manhettendə qarşıdurmalar güclənib. Təkcə Manhettendə təxminən 20 nümayişçinin nəzarətə alındığı bildirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!