ABŞ-da hər 40 saniyədə bir nəfər bu xəstəlikdən ölür

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-da hər 40 saniyədə bir nəfər bu xəstəlikdən ölür

Dünya

26 Noyabr 2020 10:28 834


Yoluxma sayının böyük bir sürətlə artdığı ABŞ-da ilk dəfə koronavirus səbəbilə həyatını itirənlərin sayı 2157-yə çatıb.

Yenisabah.az xəbər verir ki, rəqəmlər ölkədə hər 40 saniyədə bir nəfərin koronavirusdan öldüyünü göstərir. Gün ərzində daha 170 min nəfərin COVID-19 testi pozitiv çıxıb. 

Bildirək ki, Amerikada normal şəraitdə hər il Şükranlıq Günü amerikan ailələr bir-birləriylə görüşər və bərabər yemək yeyərdilər. Lakin bu il dövlət rəsmiləri xalqa müraciət edərək, "Gələn il bayramı ailənizlə birgə qeyd etmək istəyirsinizsə, bu ilki tədbiri Zoom vasitəsilə edin",- deyə xəbərdarlıq ediblər. Toyuqlu pizza

Qeyd edək ki, ABŞ-da bu günədək virus 268 221 nəfərin həyatına son qoyub, 13 138 204 insan isə koronavirusa yoluxub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!