Tramp administrasiyasının ilk milli təhlükəsizlik müşaviri Maykl Flinn ABŞ-ın mövcud administrasiyaya qarşı hərbi çevrilişə çağırış edib.
Yenisabah.az “Business Insider”ə istinadla xəbər verir ki, “Qanon” hərəkatının Dallasdakı bir oteldə təşkil edilən konfransında Flinn bildirib: “ABŞ-da mövcud demokratik administrasiyanı devirmək üçün ordu, Myanmardakı kimi, hərbi çevriliş etməlidir”.
Xatırladaq ki, Maykl Flinn 2017-ci ildə Rusiya ilə əlaqələri barədə Federal Təhqiqatlar Bürosuna yalan danışmaqda günahlandırılıb. Daha sonra ABŞ Ədliyyə Nazirliyini onun qanunsuz lobbiçilikdə ittiham edib. Dominos pizza
İstefa vermiş Flinn 2020-ci ilin noyabr ayında Trump tərəfindən əfv edilib.
Telegram kanalımız