ABŞ-da koronavirusdan ölənlərin yarısı qocalar evinin sakinləridir

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-da koronavirusdan ölənlərin yarısı qocalar evinin sakinləridir

Dünya

23 İyul 2020 14:19 889


ABŞ prezidenti Donald Tramp Ağ Evdə COVID-19 virusu ilə əlaqədar son vəziyyəti müzakirə etmək üçün mətbuat konfransı təşkil edib. 

Yenisabah.az xəbər verir ki, konfrans zamanı o, ölkədə virusa yoluxanların sayının artma səbəbinin irqçiliyə qarşı təşkil edilən etiraz aksiyaları olduğunu deyib. O, ölümlərinin təxminən yarısının qocalar evində baş verdiyini qeyd edib: “Qocalar evində çalışan personallar ən üst səviyyədə test ediləcək. Bunun üçün 15 min sürətli test cihazı göndərəcəyik. Bu cihazlar 5-15 dəqiqə ərzində nəticələri hazır edəcək”. 

Donald Tramp Demokratların prezidentliyə namizədi Co Baydenin onu “ilk faşist prezident” adlandırmasına da cavab verib: “Mən afroamerikalılar üçün digər prezidentlərdən daha çox iş görmüşəm. Bəlkə Avraam Linkoln istisna ola bilər”.  Toyuqlu pizza

Bildirək ki, Donald Tramp konfransda Alman Boitexnika firması “BioNTech”in koronavirusa qarşı mübarizə üçün hazırladığı peyvənddən 1.95 milyard dollarlıq sifar verdiklərini vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!