ABŞ-da koronavirusdan ölüm sayında rekord qeydə alınıb

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-da koronavirusdan ölüm sayında rekord qeydə alınıb

Dünya

03 Dekabr 2020 10:46 764


ABŞ-da yeni növ koronavirusun yaratdığı xəstəliyin təsirindən ölənlərin sayı son sutkada ən yüksək göstəriciləri keçib.

Yenisabah.az xəbər verir ki, bu barədə “The New York Times” yazıb.

Nəşrin məlumatına görə, son gündə ABŞ-da COVID-19-un yaratdığı fəsadlardan 2 760 nəfər ölüb. Bununla da bu il aprelin 15-də qeydə alınan antirekord (2 752 nəfər) yenilənib. pizza

Beynəlxalq təşkilatlar, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablama aparan Cons Hopkins Universitetinin məlumatına əsasən, ABŞ-da 13,9 milyondan çox yoluxma qeydə alınıb, 273 316 nəfər virusdan ölüb. Ölkə hər iki göstəriciyə görə dünyada birinci yerdədir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!