ABŞ-da maska taxmaq qərarı ləğv olunur

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-da maska taxmaq qərarı ləğv olunur

Dünya

13 Aprel 2021 16:25 1248


ABŞ-da gündəlik peyvəndləmə sayı 5 milyona çatıb.

Yenisabah.az xəbər verir ki, Prezident Co Bayden koronavirusa qarşı tədbirlərin davam etdirilməsi istiqamətində addımlar atarkən, ölkənin 23 ştatında maska taxmaq qərarı ləğv olunub.

Maska taxma tələbini ləğv edən ştatlar arasında Alabama, Alyaska, Arizona, Arkansas, Florida, Corciya, Idaho, Indiana, Ayova, Kansas, Mississippi, Missouri, Montana, Nebraska, Şimali Dakota, Oklahoma, Cənubi Karolina, Cənubi Dakota , Tennessee, Texas, Utah, Viskonsin və Vayominqin adları səsləndirilib. Marqarita pizza

Bildirək ki, ölkə daxilində təxminən 75 milyon insan peyvəndlənib, 121 milyon insan isə ilk dozanı vurdurub. Vaksinasiya faizi 36-ya yüksəlib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!