“ABŞ-da mətbuat azadlığı yoxdur” - Tramp

saytların hazırlanması

Evə çatdırılma

“ABŞ-da mətbuat azadlığı yoxdur” - Tramp

Dünya

29 Oktyabr 2020 00:57 1849


ABŞ prezidenti Donald Tramp ölkə mətbuatını kəskin tənqid edib.

Yenisabah.az xəbər verir ki, bu barədə ABŞ lideri özünün tvitter hesabında yazıb.

“ABŞ-da mətbuat azadlığı yoxdur. Bizdə hadisələrə görməzdən gəlmək və ya feyk (uydurma - Red) xəbərlər var. Son iki həftə ərzində mediamızın nə qədər rüşvətxor olması barədə çox şey öyrəndik. Media və böyük texnoloji şirkətlər Baydenin korrupsianer olduğunu işıqlandırmır”. Pepperoni pizza

Qeyd edək ki, Tramp dəfələrlə Amerika mediasını prezident seçkilərində rəqibi, demokrat Cozef Baydenin ailəsinin korrupsiya əməllərini ört-basdır etməyə çalışmaqda günahlandırıb.

Trampın sözlərinə görə, ABŞ-dakı media ölkədəki koronavirusla bağlı vəziyyəti həddən artıq aktiv şəkildə göstərir və digər hadisələrə daha az diqqət yetirir.  /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!