“Xalid Mehdiyev 2013-cü ildə milli yığmanın üzvü olub və qısa zaman sonra milli yığmanı tərk edib”.
Bu sözləri Yenisabah.az-a Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat katibi Ülkər Abbasova deyib.
O əlavə edib: “Onun heç bir beynəlxalq nəticəsi olmayıb. Böyük təəssüf hissi keçiririk ki, Xalid öz həyatında cüdonun dəyərlərini və fəlsəfəsini tətbiq etməyib və belə bir hadisə başına qəlib. pizza mizza
Bir daha xatırladırıq ki, o hazırda cüdo üzrə Azərbaycan milli komandasının üzvü deyil”.
Qeyd edək ki, Xalid Mehdiyev Nyu-Yorkda saxlanılıb.
ABŞ mənbələrindəki ittiham sənədlərinə görə, 23 yaşlı Xalid Mehdiyev həbs olunarkən maşınında "AK-47 avtomatı, güllə daraqları və 1000 dollardan çox pul olub. O, iranlı dissident jurnalist Məsih Əlinejadın Bruklindəki evinin qarşısında görüntülənib.
Birləşmiş Ştatlar federal orqanlarının məlumatına əsasən, Mehdiyevlə dissident jurnalist Əlinejad arasında heç bir birbaşa əlaqə aşkarlanmayıb, lakin təqsirləndirilən şəxsin diqqətini dissidentin Bruklindəki malikanəsinə yönəltməsi ittiham edilməsi üçün əsas olub.
Hüquq-mühafizə orqanları əməkdaşları bir neçə saat ərzində Mehdiyevi İllinoys ştatının dövlət nömrə nişanlı, boz rəngli “Subaru Forester SUV” maşınını müşahidə ediblər. NYPD (Nyu-York Polis Departamenti) X. Mehdiyevi yolda dayanma nişanından keçəndən sonra saxlayıb. Polislər onun avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyini müəyyənləşdirib və o həbs edilib.
Polis X. Mehdiyevin avtomobilində axtarış aparıb və “AK-47” avtomatı, çoxsaylı avtomat daraqları, əlavə güllələr və pulla dolu çamadan tapıb. Bundan başqa, maşında daha iki fərqli dövlət nömrə nişanı aşkarlanıb.
Mehdiyev polisə bildirib ki, o, Yonkersdə qalır, lakin orada kirayə haqqı çox yüksəkdir, buna görə də Bruklin məhəlləsində yaşamaq üçün özünə yeni yer axtarır.
O, Məsih Əlinejada məxsus evin giriş qapısını açmağa çalışmadığını, sadəcə otaq icarəyə götürə biləcəyini soruşmaq üçün qapını döydüyünü bildirib.
X. Mehdiyev əvvəlcə məmurlara maşını icarəyə götürdüyün, silah haqqında heç nə bilmədiyini və çamadanın ona məxsus olmadığını deyib. Daha sonra o, tapançanın ona məxsus olduğunu etiraf edib.
İmamət İSMAYILOVA
Telegram kanalımız