ABŞ-da peyvəndlənmə başladı

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-da peyvəndlənmə başladı

Dünya

11 Dekabr 2020 11:02 631


ABŞ yeni növ koronavirusa qarşı peyvəndin tətbiq edilməsini təsdiqləyib.

Yenisabah.az xəbər verir ki, bu barədə ölkənin Qida və Dərman İdarəsi (FDA) mütəxəssislər heyəti məlumat yayıb.

Bildirilib ki, Amerika yerli “Pfizer” və türk alim Uğur Şahinlə xanımı Özlem Türecinin  ixtira etdiyi vaksininin satışı ilə məşğul olan “BioNTech”lə müqavilə imzalayıb. pizza sifarişi

Peyvəndlərin vurulması bu gündən başlayır. Dekabrın sonunadək  ilkin mərhələdə 6, 4 milyon doza vaksin dağıdılacaq, 3 milyon vətəndaşa tətbiq ediləcək.

Qeyd edək ki, dünyada 70 milyon 720 min 814 nəfər koronavirusa yoluxub, 1 milyon 588 min 444 nəfər vəfat edib.

Yoluxma (16 milyon 39 min 393 nəfər) və ölüm (299 min 692 nəfər) sayına görə ABŞ liderlik edir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!