ABŞ-da polis sahildə idmançını güllələdi

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-da polis sahildə idmançını güllələdi

Dünya

26 Sentyabr 2021 19:59 786


ABŞ-ın Kaliforniya ştatının Huntington Beaç şəhərində polis əməkdaşları dünyanın ən böyük sörfinq yarışlarından olan “Open of Surfing”in iştirakçısını güllələyərək öldürüblər.

Yenisabah.az xəbər verir ki, bu barədə “FoxNews” məlumat yayıb.

Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları çimərlikdə "silahlı şübhəli adam"ın olması barədə informasiya alıblar. Bu xəbərdən sonra onlar çimərliyə gəliblər. Sezar pizza

Polisdən verilən məlumata görə, şübhəli onların tələblərini yerinə yetirməkdən imtina edib, bundan sonra yaxın məsafədən bir neçə dəfə güllələnib. Yetkin yaşlarda olan idmançının adı açıqlanmır. Güllələnən adam həmən xəstəxanaya yerləşdirilib.

Həkimlər onun həyatını xilas etməyə çalışsalar da, nəticədə idmançı aldığı xəsarətlərdən dünyasını dəyişib./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!