ABŞ-da polis zorakılığı niyə dayanmır?

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-da polis zorakılığı niyə dayanmır?

Dünya

03 Sentyabr 2020 16:58 1254


Bir neçə ay əvvəl qara dərili Corc Floydun polis zorakılığı nəticəsində dnüyasını dəyişməsindən sonra ABŞ-da başlayan etiraz aksiyaları davam edir. Lakin eyni zamanda polis zorakılıqları da dayanmır.

Yenisabah.az xəbər verir ki, iki gün əvvəl Vaşinqtonda polis əməkdaşının daha bir qara dərili vətəndaşı atəş açaraq öldürüb. ABŞ-da polis gülləsindən insanların ölümü məsələsi artıq siyasi sferaya keçib və siyasətçilər bu məsələdə ikiyə bölünüb.

Bir tərəfdən polisin hərəkətləri qınanılsa da, eyni zamanda ABŞ kimi az qala bütün vətəndaşların silahlı olduğu ölkədə polisin hər zaman atəş açmağa hazır olmasını müdafiə edənlər də az deyil. Ötən həftə isə 17 yaşlı gənc irqçilik əleyhinə yürüş edənlərə silahla hücum edib və nəticədə 2 nəfəri öldürüb. Pepperoni pizza

Baş verənlər ABŞ-da daha böyük qarşıdurmaları səbəb olacağı ilə bağlı narahatlıq var. Xüsusən də seçkilərin yaxınlaşması səbəbi ilə gərginlik artıq siyasi ritorikaya da sirayət edib.

Avqustun 28-də minlərlə amerikalı ABŞ paytaxtının mərkəzi bulvarında yerləşən Birləşmiş Ştatların 16-cı prezidenti Avraam Linkolnun (1809-1865) abidəsi önündə nümayişə toplaşıb. Nümayiş qaradərili hüquq müdafiəçisi, “Nobel” sülh mükafatı laureatı Martin Lüter Kinqin (1929-1968) Vaşinqtona yürüşünün 57-ci ildönümünə həsr olunub. Aksiyada Floydun qətlinə işarə edən şüarların səsləndirilməsi bu məsələnin hələ bir müddət gündəmdən düşməyəcəyini qənaətini yaradır. 

Bu məsələnin ABŞ-da iki əsas siyasi qüvvə arasında qarşıdurmanı tətikləməsi riskinin olduğunu söyləyənlər də var. Məsələ ondadır ki, ötən ay həm Respublikaçılar, həm də Demokratlar partiyalarının prezidentliyə namizədinin elan olunması tədbiri keçirilib və bu zaman hər iki partiya arasında qarşılıqlı kəskin ittihamlar səsləndirlib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!