ABŞ-da rekord sayda yoluxma – Ölü sayı 127 mini keçdi

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-da rekord sayda yoluxma – Ölü sayı 127 mini keçdi

Dünya

01 İyul 2020 12:16 938


ABŞ-da son sutka ərzində 44 min 358 nəfərə koronavirusa yoluxub. 

Yenisabah.az xəbər verir ki, rəsmilər 21 apreldən bəri ən yüksək sayın açıqlandığını vurğulayıb. Nyu-York Taymsın xəbərinə əsasən, bu həftə üç dəfə ölkədə ən yüksək göstəricilər qeydə alınıb. 

Bildirək ki, ABŞ-da son iki həftədə yoluxma sayı 80 faiz artıb. Bugünədək ölkədə 2.6 milyondan çox insan virusa yoluxub. Ölənlərin sayı 127 min 410 nəfərə çatıb. Dünyadakı hər 4 ölümdən biri ABŞ-ın payına düşür.  pizza sifarişi

Qeyd edək ABŞ hazırda koronavirusun müalicəsində faydalı olan remdesivir dərmanının növbəti üç ay üçün nəzərdə tutulan bütün ehtiyatlarını satın alıb. “Gilead” tərəfindən istehsal edilən 140 min doza bütün dünyaya dağıdılarkən bitdiyi açıqlanıb. Çünki Tramp idarəçiliyi 500 min doza satın alıb. Bu isə hazırda həm əldə olan dərman, həm də növbəti 3 ayda satışa çıxarılacaq dərmanlar deməkdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!