ABŞ-da sürət həddini aşdığı üçün saxlanılan sürücü Putini günahlandırdı   - Təfərrüat

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-da sürət həddini aşdığı üçün saxlanılan sürücü Putini günahlandırdı - Təfərrüat

Maraqlı

02 Mart 2022 16:54 597


Amerikada baş verən tragikomik hadisədə sürət həddini aşdığı üçün saxlanılan sürücünün Rusiya prezidenti Putini ittiham etməsi hər kəsi güldürüb.  

Belə ki, sürücüdən niyə sürət həddini aşdığını soruşduqda, o, polisə nüvə müharibəsindən xilas olmaq üçün evə tez getməyə çalışdığını deyib.

Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, Ukrayna ilə Rusiya arasında müharibə 7-ci gününə keçsə də Ukrayna ordusu müqavimətini davam etdirir. Toyuqlu pizza

Hadisələrin davam etdiyi vaxtda ABŞ-ın Florida ştatında yüksək sürətlə hərəkət edən sürücü polis tərəfindən saxlanılıb. O, saxlanılmasına etiraz edərək  “İndicə Putinin nüvə müharibəsi başladacağını bildim və evə getməyə çalışırdım” - deyə bildirib.

Qeyd edək ki, Britaniya mətbuatının yazdığına görə, Putin tamamilə hər bir ssenariyə hazırdır. Britaniyanın “The Sun” qəzeti yazıb ki, Putinin sərəncamında orta hesabla 5977 nüvə başlığı var, onlardan 1600-ü yerləşdirilməyə hazırdır. Bildirilib ki, bu başlıqlar qurudan, sualtı qayıqlardan və təyyarələrdən buraxıla bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!