“ABŞ-dakı iğtişaşlarda Rusiyanın əli var” - Obamanın eks-müşaviri

saytların hazırlanması

Evə çatdırılma

“ABŞ-dakı iğtişaşlarda Rusiyanın əli var” - Obamanın eks-müşaviri

Dünya

01 İyun 2020 11:32 785


ABŞ-dakı etiraz aksiyaları zamanı baş verən iğtişaşlarda özgə barmağının olması və Rusiya tərəfindən maliyyələşdirilməsi mümkündür.

Yenisabah.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu sözləri eks ABŞ prezidenti Barak Obamanın milli təhlükəsizlik üzrə müşaviri Süzan Rays bildirib.

Fox News-un verdiyi məlumata görə, Rays dinc etiraz aksiyasını iğtişaşlara çevirmək üçün ruslar sosial şəbəkələr vasitəsilə ekstremistləri təhrik edərsə, təəccüblənməyəcəyini bildirib. O həmçinin əlavə edib ki, "ruslar bunu bu və ya digər şəkildə maliyyələşdirə bilər", lakin o, iddialarını dəstəkləyəcək heç bir dəlil təqdim etməyib. Dominos pizza

Xatırladaq ki, Afro-amerikalı Corc Floydun Minnesota ştatında polis tərəfindən saxlanıldıqdan sonra ölümü ilə əlaqədar bir çox şəhərlərdə geniş etiraz aksiyaları keçirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!