“ABŞ-dakı koronavirus testləri tamamilə yararsızdır” - Bill Qeyts

saytların hazırlanması

Evə çatdırılma

“ABŞ-dakı koronavirus testləri tamamilə yararsızdır” - Bill Qeyts

Dünya

10 Avqust 2020 11:10 809


"ABŞ-dakı koronavirus testləri tamamilə yararsızdır".

Yenisabah.az xəbər verir ki, bunu "Microsoft"un qurucusu məşhur biznesmen Bill Qeyts açıqlayıb.

İllərlə ABŞ-ın böyük bir virusa hazırlıqsız olduğunu dilə gətirən Bill Qeyts bu testlərdə böyük bir problem olduğunu qeyd edir. Onun sözlərinə görə, test nəticələrinin çıxması çox vaxt alır. Onun fikrincə, gec əldə olunan test nəticələrinin heç bir işə yaramır. pizza hut

O, həmçinin "Facebook"un baş direktoru Mark Zukerberqin sosial şəbəkədə koronavirus haqqındakı səhv məlumatlarla mübarizə aparmaq üçün daha çox işləməli olduğunu bildirib:

"Markı sevirəm, çox yaxşı dəyərlərə sahib olduğunu düşünürəm, ancaq o və mən eyni fikirdə deyilik".

Bill Qeyts COVID-19-la mübarizə çərçivəsində indiyədək milyonlarla dollar xərcləyib. COVİD-19-un başlanğıcından bəri Bill və Melinda Qeyts Vəqfi test və vaksin araşdırmalarına böyük ölçüdə maliyyə ayırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!