ABŞ-dan dolların dəyərinə təsir edəcək    QƏRAR

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-dan dolların dəyərinə təsir edəcək QƏRAR

İqtisadiyyat

04 May 2022 22:25 405


ABŞ-ın mərkəzi bank funksiyasını icra edən Federal Ehtiyatlar Sistemi (FED) ölkənin milli valyutası olan dollar üzrə faiz dərəcələrini artırıb.

Yenisabah.az xəbər verir ki, 0,5 bəndlik artımdan sonra faizlər 0,75 – 1% arasında müəyyənləşdirilib.

Qeyd edək ki, valyuta üzrə faiz dərəcələri onun faktiki dəyərini ifadə edir. Bu səbəbdən də, bir qayda olaraq, faiz artımı beynəlxalq maliyyə bazarlarında valyutalara bahalaşmasına səbəb olur.  pizza hut

Lakin bu dəfə FED-in qərarı investorlar üçün gözlənilən olduğundan, əks effekt verib və dollar digər valyutalar qarşısında ucuzlaşmağa başlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!